Kataloq

Karavan

Hazırladığımız offroad KARAVAN`lar yolsuzluq şəraitində sizi tam rahatlıqla təmin edir. Siz öz istirahətinizi istədiyiniz dağlıq, meşəlik və çöllük kimi ərazilərdə rahatlıqla keçirə bilərsiniz. Karavanlarımızın tutumu 4-5 nəfərdən ibarətdir. Karavanlardakı mətbəx sahəsi müxtəlif model və markalarda fərqli ola bilər. Mətbəxlər soba, soyuducu, yuyucu hövzə və şkaflarla təchiz olunur. Karavanlarda 1 yataq otağı mövcuddur. Yataq otağında tək və ya ikiqat çarpayılar ola bilər(müştərinin istəyinə görə), divan çarpayılarımız da vardır. Karavanlarda tualet və duş kabini mövcuddur. Karavanlarda enerji mənbəyi günəş paneli, generatorlar olur. Bunlarla, daxili işıqlandırma, soyuducu, soba və digər cihazların enerji ilə qidalandırılır. Karavanlarda təmiz su mənbələri paslanmaz dəmir çənləri ilə təchiz olunur. Bu, içməli su, duş suyu və yuyucu hövzə kimi yerlərdə istifadə olunur. Kirli su isə, xüsusi su çənlərdə yığılır, özəl dərman vasitəsi ilə neytrolizə edilir. Karavanlarda istilik və soyutma sistemlərimiz də mövcuddur. Bu, karavanın istifadə olunduğu fəsillərdən və hava şəraitindən asılı olaraq dəyişə bilər.