Avtomobilinizin problemlərinə professional həllər.
Yüksək keyfiyyət
Müştərilərimizə ən keyfiyyətli məhsul və xidmətlər təqdim etməkdən qürur duyuruq.
Sərfəli qiymət
Qiymət-performans nisbətinin vacibliyini başa düşürük.
Güvənli iş
Müştərilərimizə etibarlı və ardıcıl xidmət göstərməyə sadiqik.
Sürətli servis
Zamanın dəyərli bir mal olduğunu başa düşürük və buna görə də sürətli və səmərəli xidmət göstərmək üçün çox çalışırıq.
Haqqımızda
İşini sahə mütəxəssislərinin əllərinə burax.
35 illik mühəndislik təcrübəsinə əsaslanaraq 2016- cı ildə fəliyyətə fiziki şəxs Qüdrət Əliyev tərəfindən başladılan şirkətimiz 6 il ərzində keyfiyyətli və müştəri məmnuniyyətli xidmət göstərərək bir çox böyük şirkətlərlə işbirliyinə imza atmışdır. Bu uğurlara köklənərək 2022-ci ildə hüquqi şəxs qismində AVKONSTE MMC şirkətinin əsası qoyulmuşdur.
Sahə təcrübəsi
Professional işçi
Partnyor
Mühəndis təcrübəsi
Xİdmətlərimiz
Sizin üçün elədiklərimiz
Evakuator
Evakuatorları 2 formada hazırlayırıq: Platforma və Lapa (Ayaqlıq). Lapa-lı formada hazırladıqlarımız evakuatorlarda 2(iki) ədəd silindir, 2 ədəd ayaqlıq və 1(bir) ədəd düz platforma və 1(bir) ədəd çəkici mövcuddur. Başlanğıc tonajı 15(on beş) ton olan evakuatorlarımız 25 tona qədər yük daşıma gücündədir. Platforma formada hazırladıqlarımız evakuatorlarda 5(beş) ədəd silindir, ray sistemi və qayçı mövcuddur.
Karavanların hazırlanması
Karavanlar macəraçıların sevimli avtomobillərindən biridir. Təbiət qoynunda və ya şəhərdən uzaq yerlərə səyahət etmək və məskunlaşmaq üçün nəzərdə tutulmuş bu karvanlar çətin relyef şəraitində belə davamlı və faydalıdır. Biz həm yol həm də yolsuzluq Karavanlarının dizaynı, istehsalı və satışı üzrə ixtisaslaşmışıq. 2+1 Off-road karavanımız sayəsində siz də istədiyiniz yerdə öz evinizdəki kimi tətilinizi gerçəkləşdirə bilərsiniz.
Çən
Çənlərimiz 4,5,6,8 mm-lik dəmir listlərlə və ya istənilən tərkibdə metal listlə hazırlayırıq. Bizim hazırladığımız çənlər off-road (yolsuzluq) prinsipi ilə hazırlanır. Çənlərimizdə tətbiq etdiyimiz xüsusi texnika vasitəsilə çənlər, yolsuzluq üçün hazırlandığına görə deformasiya minumum səviyyəyə enmişdir. 10t dan başlayaraq 25t-a qədər çənlərin hazırlanması bizim şirkətimizdə mövcuddur. Daha keyfiyyətli, istifadəsi rahat və daha təhlükəsiz çənlər istəyirsinizsə bizə müraciət edə bilərsiniz.